Zelenski ilə görüşdən qabaq Putinə zəng etdi

zelenski-ile-gorusden-qabaq-putine-zeng-etdi
Oxunma sayı: 578

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə kritik sülh danışıqlarından bir neçə saat əvvəl Rusiya lideri Vladimir Putinlə genişmiqyaslı telefon danışığı apardığını elan edib.

“Qafqazinfo” xəbər verir ki, Tramp özünün “Truth Social” hesabında bu barədə paylaşım edərək söhbətin “çox yaxşı və məhsuldar” keçdiyini bildirib.

Xatırladaq ki, V. Zelenski dekabrın 28-i axşam saatlarında Floridanın Palm-Biç şəhərinə gəlib. Onun Donald Trampla görüşü hazırda “Mar-a-Laqo” iqamətgahında baş tutur.

Onu da bildirək ki, görüşün əsas mövzusu 4 ildir davam edən müharibənin dayandırılması üçün hazırlanan 20 bəndlik sülh planıdır. Danışıqlarda atəşkəs şərtləri, ərazi mübahisələri və Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərinin müzakirə edildiyi bildirilir.