Zelenski ön cəbhəyə getdi - Fotolar

zelenski-on-cebheye-getdi
Oxunma sayı: 2306

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin şərqində Zaporojye, Donetsk və Luqansk vilayətlərinə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Zelenski öz rəsmi teleqram kanalında paylaşıb.

Məlumata görə, o, sözügedən vilayətlərdə Ukrayna Silahlı Qüvvələrinin ön cəbhədə yerləşən mövqelərinə baş çəkib.

Zelenski əsas olaraq Luqansk vilayətində Lisiçansk və Donetsk vilayətində Soledar şəhərlərində olub. Ukrayna Prezidenti burada hərbçilərlə söhbət aparıb və onlara dövlət mükafatları təqdim edib.

Qeyd edək ki, bu ərazilərlə Rusiya ordusunun ön mövqeləri arasında yalnızca bir neçə kilometr məsafə var.

Xatırladaq ki, Zelenski bir neçə gün əvvəl döyüşlərin davam etdiyi Xarkov vilayətinə səfər edib. Bu, fevralın 24-ü Rusiyanın hücumu başlayandan bu günə qədər Zelenskinin Kiyev vilayətindən kənara etdiyi ilk səfər olub.