Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında rusiyayönümlü ukraynalı siyasətçi Viktor Medvedçukun əlləri qandallı şəklini paylaşıb.
“Qafqazinfo” xəbər verir ki, Zelenski Merdvedçukun Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi əməliyyatda saxlanıldığını yazıb. Kremldən Zelenskinin paylaşımına cavab gecikməyib.
Kremlin sözçüsü Dmitri Peskov fotonu gördüyünü, lakin onun real olub-olmadığına əmin olmadığını bildirib.
Son xəbərlər
Son Xəbərlər