Zelenskinin ofisi qarşısında aksiya keçirilir

zelenskinin-ofisi-qarsisinda-aksiya-kecirilir
Oxunma sayı: 1078

Ukrayna prezidenti Vladimir Zelenskinin ofisi qarşısında mitinq keçirilir.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, mitinqdə 800-dək insan iştirak edir. Bu barədə Kiyev polisinin mətbuat xidmətinin məlumatında deyilir. İctimai asayişin pozulma halı qeydə alınmayıb.

Qeyd edək ki, müxaliflər və millətçilər Parisdə “normand dördlüyü”nün zirvə görüşündə iştirak edən prezident Vladimir Zelenskini “milli maraqları qurban verməməyə” çağırıblar.

Əlavə olaraq qeyd edək ki, Parisdə “normand dördlüyü”nün (Rusiya, Ukrayna, Fransa, Almaniya) iştirakı ilə Donbasdakı vəziyyəti müzakirə etmək üçün 2 saatlıq görüşdən sonra təkbətək görüşlər başlayıb.