Zəlzələ bölgəsindən ürəkağrıdan görüntülər - Yenilənib

zelzele-bolgesinden-urekagridan-goruntuler
Oxunma sayı: 11515

Türkiyədə zəlzələ bölgəsində güclü yağışlar selə səbəb olub.

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, Adıyamanda konteyneri sel aparması nəticəsində 1 nəfər həlak olub, daha 4 nəfər isə itkin düşüb. 

Şanlıurfada da sel nəticəsində 6 nəfər itkin düşüb. Şəhərdəki xəstəxanaları, küçələri su basıb. 

Məlumata görə, sel səbəbindən şəhərdəki məktəblərdə tətil elan edilib.

***

Şanlıurfada sel nəticəsində 4 nəfərin həlak olduğu məlum olub. 

***

Sel nəticəsində həlak olanların sayı 10-a çatıb.

***

Ölənlərin sayı 13-ə yüksəlib.

***

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Şanlıurfa və Adıyamanda baş verən daşqınlarda 14 nəfərin həyatını itirdiyini açıqlayıb.

Nazir Soylu 5 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.