Quba rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun Qubanın Pirvahid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı “Shacman” markalı yük avtomobili “KİA” və “Toyota” markalı minik avtomobilləri ilə toqquşub.
İlkin məlumata görə, zəncirvari qəzada 1-i uşaq olmaqla, 5 nəfər xəsarət alıb.
Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.




Son xəbərlər
Son Xəbərlər