Azərbaycanda külli miqdarda narkotik tərkibli bitki aşkarlanıb.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Zərdab RPŞ əməkdaşları tərəfindən Bıçaqçı kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 4 ton 273 kiloqram olan 3787 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Sumqayıt ŞPİ əməkdaşları tərəfindən isə şəhər ərazisində yabanı halda bitmiş 101 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Son xəbərlər
Son Xəbərlər