Zərdabda narkotik yetişdirənlər saxlanıldı - Foto + Video

zerdabda-narkotik-yetisdirenler-saxlanildi
Oxunma sayı: 1686

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
 
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası, saxlanılması və satışı ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Pərvanlı kənd sakinləri Yusif Qədirov, Azər Abdullazadə, Cahandar Cəfərquliyev və Gülağa Sədizadə saxlanılıblar. Onların aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 21 ədəd çətənə kolu və satış məqsədi ilə qablaşdırdığı qurudulmuş marixuana aşkar edilərək götürülüb. 
 
Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.