Zimbabvedə Kariba gölündə bərənin aşması nəticəsində həlak olanların sayı 68 nəfərə çatıb.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, aparılan axtarış-xilasetmə tədbirləri zamanı daha 22 nəfərin meyiti tapılaraq sudan çıxarılıb.
Qeyd edək ki, avqustun 11-də Kariba gölündə göyərtəsində nəzərdə tutulan 90 nəfər əvəzinə 160-a yaxın sərnişin olan bərə aşıb. Avqustun 12-nə olan məlumata görə, fəlakət zamanı 44 nəfərin meyiti aşkarlanmışdı.
Rəsmilərin bildirdiyinə görə, gəminin aşmasına həddindən artıq yüklənmə və güclü külək səbəb olub.
Son xəbərlər
Son Xəbərlər