“Zirə” yeni futbolçu ilə anlaşıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi Xorvatiyanın “Riyeka” klubundan Dimitri Leqbonu transfer edib. 25 yaşlı kot-d’İvuarlı vingerlə 2 illik müqavilə bağlanılıb.
Xatırladaq ki, “Zirə” bu yay Amin Seydiyev (son klubu “Sabah”), Maykon Kleyton (son klubu “Portimonense”, Portuqaliya), Vierinya (son klubu “Olimpiakos”, Kipr), Ayxan Hüseynov (son klubu “Turan Tovuz”), Hüseynəli Quliyev (“İmişli”), Kris Diqbeu və Dameyn Smiti də heyətinə cəlb edib.
Son xəbərlər
Son Xəbərlər