“Zirə”-“Sabah” matçında 2 qol vuruldu - Yenilənib + Video

zire-sabah-matcinda-2-qol-vuruldu
Oxunma sayı: 2919

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

“Qafqazinfo” bildirir ki, Zirədə bu qəsəbənin eyniadlı komandası “Sabah”ı qəbul edib.

Azərbaycan Premyer Liqası
3-cü tur
20 sentyabr

Zirə – Sabah
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı.
“Zirə İdman Kompleksinin stadionu”. Saat 18:00.

***

51-ci dəqiqədə Xulio Sezar Rodriges ("Sabah") fərqlənməyi bacarıb - 0:1. 

***

92-ci dəqiqədə Kevin Kubemba (“Sabah”) matçda ikinci qolu vurub – 0:2.

Bu nəticədən sonra "Sabah" 6-cı xalını qazanıb, cari mövsüm ilk dəfə məğlub olan "Zirə"nin isə 4 xalı var.