“Zirə”də beninli futbolçu

zirede-beninli-futbolcu
Oxunma sayı: 1405

Zirə heyətini yeni futbolçu ilə gücləndirib.

“Qafqazinfo” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Moiz Adileu ilə anlaşıb. Benin millisinin üzvü olan müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu daha əvvəl Fransanın "Valensiyen", "Pau", "Vitre", Slovakyanın "Slovan"(Bratislava), Yunanıstanın "Kerkira", "Levadiakos", Türkiyənin "Boluspor" və Niderlandın NAC "Breda" klubunda da çıxış edib.