Zirzəmidə 8 kq narkotik aşkarlandı - Foto

zirzemide-8-kq-narkotik-askarlandi
Oxunma sayı: 1762

Ötən gün Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat keçirib.

“Qafqazinfo” xəbər verir ki, əməliyyat-axtarış tədbiri nəticəsində Vəliyev Emin Müşviq oğluna məxsus ümumi çəkisi 8 kiloqram 300 qram olan qurudulmuş marixuana Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən yaşayış binasının zirzəmisində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.