Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə parlamentinin qəbul etdiyi mübahisəli “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident bu gün keçirdiyi brifinqdə məlumat verib.
O bildirib ki, bu qanun Gürcüstan konstitusiyası da daxil olmaqla, bütün Avropa standartlarına ziddir.
Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü oxunuşda qəbul edib. Qanun gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və medianın xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutur.