“Bunun nəticəsi olaraq ötən illərdə internetin qiymətlərində 40 faiz endirim olub. Amma internet provayderləri bu vəziyyətdən məharətlə çıxış yolu tapırlar. Belə ki ADSL deyir ki bizdə qiyməti azalması olmasa da, sürət 8 mb artıb. Reallıqda isə sürət çox aşağıdır. Bunun üçün də bir bəhanə tapıblar, deyirlər ki əgər sürət 8-10 mb olsa evlərdə işləməyəcək. Çünki xətlər köhnədir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu ittihamları rədd edib. Amma yenə də bu sahədə yenilik yoxdur. İnternet istifadəçiləri sürətli internetdən məhrumdurlar. Baxmayaraq ki, istifadəçilər hər ay 25-30 manat pul ödəyir. Ucqar rayonlarda isə internetin sürəti çox aşağıdır”.
E. Axundova bildirib ki, başqa bir problem isə gün ərzində mobil telefonlara müxtəlif xarakterli sms-lərin göndərilməsidir: “Həmin mesajlar mənasız və bezdiricidir. Gün ərzində müxtəlif firmaları reklam edən mesajlar alıram. Bundan başqa belə mesajlarda insanları aldatmaq, mənasız oyunlara yarışlara cəlb etmək hallları kifayət qədərdir. Ən əsası odur ki, bu mesajları açanda abunəçinin balansından pullar silinir. Nəzərə alsaq ki, bir ailədə beş altı mobil telefon var. Onda ailə büdcəsinə dəyən ziyanı təsəvvür etmək çətin deyil. Bu hal daha çox Bakcell Mobil operatorunda müşahidə olunur. Mən müraciət edirəm ki, mobil operator müştərinin razılığı olmadan belə mesajların gəlməsini dayandırsın. RİTN də bunun qarşısını almaq üçün əməli tədbirlər görsün.
Spiker Oqtay Əsədov qeyd edib ki, qaldırılan məsələ ilə razıdır:
“İnsanların razılığı olmadan onların telefonuna mesaj göndərmək doğru deyil. Gün ərzində o qədər lazımsız sms-lər alıram ki...Əli Hüseynli, bəlkə bunun bir qaydasını müəyyənləşdirməyi fikirləşmək lazımdır”.
Günel