Bu barədə moderator.az saytı məlumat yayıb. Hansı ölkəyə və nə vaxt getdiyini dəqiqləşdirə bilməsək də təxminən bir ay öncə ölkəni tərk etdiyi söylənilir.
"Qafqazinfo" xəbər verir ki, Rəşid Hacılı Facebook hesabında sözügedən informasiyaya münasibət bildirib:
"İndi Bakıda vəziyyət elədir ki, Azərbaycandan kənarda olan hər kəsin mühacirət etdiyini düşünürlər. Moderator.az-ın mənə diqqətinə görə təşəkkür edirəm.
Mən doğrudan da Azərbaycanda deyiləm. Bir Schoolarship üzrə işlərlə məşğulam. Azərbaycan hüquq müdafiəçilərinin fövqəladə vəziyyətdə (elə indi də artıq fövqəladə vəziyyət kimidir) güvənli bir limana sahib ola biləcəkləri yer barədə araşdırmalar aparıram. Bu Çexiya, Bolqariya, Litva, Tbilisi və Türkiyə ola bilər".
Son xəbərlər
Son Xəbərlər