Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, smart-kart tipli sayğacların quraşdıırılmasına ilkin olaraq Bakı, Abşeron və Sumqayıt Sukanal İdarələrinin xidmət göstərdiyi ərazilərdə qeyri-əhali qrupu abunəçilərindən başlanılıb. İlkin mərhələdə paytaxtın Nəsimi, Yasamal, Binəqədi, Nərimanov rayonlarında müxtəlif diametrli su xətlərinə 1000-dən çox ön ödənişli sayğac quraşdırılıb. Növbəti mərhələdə, əhali qrupu üzrə su sərfiyyatı böyük olan ərazilərdə, xüsusilə həyət evlərində, smart-kart tipli sayğaclar quraşdırılacaq.
Türkiyə istehsalı olan həmin sayğacların tətbiqi ilə ödəniş səviyyəsini 100 faizə çatdırmaq mümkün olacaq. İndi istismarda olan mexaniki sayğaclardan fərqli olaraq yeni sayğaclara müdaxilə etmək qeyri-mümkündür və belə hallar baş verərsə su təchizatı avtomatik dayanacaq.
Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən əhali qrupu istehlakçılarına ön ödənişli sayğacların quraşdırılması "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına həyata keçirilir.
Nigar Məmmədli
Son xəbərlər
Son Xəbərlər