İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımovun “Qafqazinfo”ya verdiyi məlumata görə, dövlət strukturlarının birgə səylərinin məqsədi daxili bazarda saxta mobil telefonların və qeyri-leqal idxal olunan mobil cihazların satışının qarşısını almaqdır. Hazırda dövlət strukturları mobil cihazların satışı ilə məşğul olan ticarət obyektlərinin monitorinqini həyata keçirirlər.
F. Kazımovun sözlərinə görə, daxili bazarda məşhur ticarət markalarının adı altında istehsal olunan saxta mobil telefonlar satışı faktları var. İstehlakçıların hüquqlarının qorunması və qanunvericiliyin təmin olunması naminə bu saxta mobil telefonların satışı dayandırılmalı, günahkarlar isə məsuliyyətə cəlb edilməlidirlər.
Bununla yanaşı dövlət strukturları tərəfindən daxili bazarda uyğunluq sertifikatı olmayan mobil cihazların üzə çıxarılması üzrə monitorinqi də davam etdirilir. F. Kazımov hesab edir ki, bu tədbirlər Azərbaycanda sivil mobil cihaz bazarının formalaşması istiqamətində növbəti addımdır.
Nigar Məmmədli
Son xəbərlər
Son Xəbərlər