Füzuli - taxıl, çörək deməkdir

fuzuli-taxil-corek-demekdir
Oxunma sayı: 1128


"Qafqazinfo" xəbər verir ki, biçinin qısa müddətdə və itkisiz başa çatdırılması üçün rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış komissiya biçinin gedişinə gündəlik nəzarət edir, hər gün sübh tezdən qərargahın yığıncağında görülmüş işlər təhlil olunur.

Rayonda bu il 39,7 min hektar sahədən taxıl toplanılacaq. İndiyə qədər 26 min hektar sahə biçilib, hələlik 80 min ton məhsul əldə edilib. Bu hər hektardan 27,2 sentner məhsul deməkdir.

Arpa əkilmiş 11 min hektar sahənin hər hektarından 25,7 sentner, buğda məhsullarının hər hektarından 29 sentner məhsul götürülür. Biçində 45 ədəd kombayn iştirak edir.

Taxıl biçininin iyulun 15 – 20 – dək başa çatdırılması proqnozlaşdırılır.

Rayon taxılçıları ötən il 101 min ton məhsul əldə etmişdilər. Bu il həmin nəticənin daha da yüksələcəyi nəzərdə tutulub.