Meyxanaçı Ağasəlim Çıldağın ocağından- - Reportaj

meyxanaci-agaselim-cildagin-ocagindan-
Oxunma sayı: 8859


Kimisi uşağını gətirir, kimisi isə özü gəlir.Maştağada yerləşən bu ocaq çox məşhurdur. Mərhum meyxanaçı Ağasəlim Çıldağın nənəsi vaxtilə burda çıldaqlıq edib. Onun nəslindən olanlar indi bu işi davam etdirirlər.

Həkimlərin dərdinə dərman tapa bilmədiyini deyənlər bura müraciət edirlər.

Hər şeydən qorxduğunu iddia edən insanların baş, qol, dirsək, ayaqlar və topuqdakı sinir uclarına yandırılan qara rəng kətan parça vurulur.

Bura sadəcə qorxu ilə bağlı problemləri olanlar yox, konkret müəyyən nahiyələrində ağrı olanlar da müraciət edirlər. Və onların müalicə üsulları da olduqca qeyri adidir. Məsələn mədəsində ağrı olanlara parçanın arasına daş qoyulur və o nahiyəyə bağlanılır. Həmən şəxs yemək yedikdən bir saat sonra onu açıb dördyol ayrıcına atmalıdır. Çıldağ edənlər deyirlər ki şəfa tapmağın başlıca şərti bu ocağa inamlarının olmasıdır.

Bu evdə kişilər və qadınlar üçün iki müxtəlif otaq ayrılıb. Görülən işin qarşılığında isə insanlar pul verirlər. Qiymətlər 2 manatdan başlayır.

Xəzər Xəbər