“Qafqazinfo” tqdk-nın saytına istinaən xəbər verir ki, sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən şəxslər Azercell, Bakcell və Nar Mobile nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq. Balansdan 3 manat 54 qəpik məbləğ çıxılacaq.
Virtual ödəmə kartlarını həmçinin Goldenpay, Azericard və Netmoney kartları vasitəsilə on-line ödəmə etməklə əldə edə bilərlər.
Son xəbərlər
Son Xəbərlər