Universitet qəbul elan edir - Şərtlər

universitet-qebul-elan-edir-
Oxunma sayı: 2463

Qərb Universiteti aşağıdakı ixtisaslar üzrə 2016-cı il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

Qəbul qaydaları:

Doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi təhsil müddəti 4 ildir. Fəlsəfə doktoru proqramı üzrə dissertanturada təhsil müddəti 4 ildir.

Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Sənədlər 29 noyabr-15 dekabr 2016-cı il tarixə qədər qəbul edilir.

Qəbul imtahanları 20 dekabr 2016-cı il tarixindən başlanacaq. 

FƏLSƏFƏ DOKTORU PROQRAMI ÜZRƏ DOKTORANTURAYA

İxtisaslar

İxtisasın şifri

Ödənişli əsaslarla

Əyani

Qiyabi

1.

Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi

3338.01

1

1

 

2.

Daxili fiskal siyasət və dövlət maliyyəsi

5301.01

1

1

 

3.

Dünya iqtisadiyyatı

5310.01

3

3

 

4.

Sahə iqtisadiyyatı

5312.01

1

 

1

5.

German dilləri

5708.01

2

2

 

6.

Dünya ədəbiyyatı

5718.01

2

2

 

7.

Beynəlxalq        münasibətlər

5901.01

2

2

 

8.

Texniki estetika və dizayn

6217.01

1

1

 

FƏLSƏFƏ DOKTORU PROQRAMI ÜZRƏ DİSSERTANTURAYA

İxtisaslar

İxtisasın şifri

Ödənişli əsaslarla

1.

Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi

3338.01

1

2.

Daxili fiskal siyasət və dövlət maliyyəsi

5301.01

1

3.

Dünya iqtisadiyyatı

5310.01

1

4.

Sahə iqtisadiyyatı

5312.01

1

5.

German dilləri

5708.01

1

6.

Dünya ədəbiyyatı

5718.01

1

7.

Beynəlxalq        münasibətlər

5901.01

1

8.

Texniki estetika və dizayn

6217.01

1

Doktorantura və dissertantlıq yolu ilə təhsil almaq üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

 ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
 kadrların şəxsi qeydiyyat vərəqəsi;
 tərcümeyi-hal;
 iş yerindən xasiyyətnamə;
 3 ədəd fotoşəkil (3x4 ölçüdə);
 iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
 çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
 ali təhsil müəssisəsini bitirmək haqqında diplomun və diploma əlavənin müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

 şəxsiyyəti təsdiq edən sənədin surəti.
Təhsil haqqı müqavilə əsasında müəyyən edilir.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 31
Tel: (+99412) 492 61 63; 492 74 18 (14)
Fax: (+994 12) 4926701
e-mail: www.wu.edu.az