Aysel Teymurzadə maestro ilə evliliyini rəsmiləşdirdi - Nikah

aysel-teymurzade-maestro-ile-evliliyini-resmilesdirdi-nikah-
Oxunma sayı: 5498

Azərbaycana “Avroviziya-2009” müsabiqəsində 3-cü yeri qazandırmış müğənni Aysel Teymurzadənin nişanlanması haqqında bir neçə ay əvvəl “Qafqazinfo”da eksklüziv məlumat yaymışdıq. Həmin xəbərdə qeyd etmişdik ki, Ayselin seçimi Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovdur.

Artıq iki istedadlı sənətçinin münasibətlərini rəsmiləşdirməsi ilə bağlı xəbərlər almışıq. Onlar bir müddət əvvəl rəsmi nikaha daxil olublar. Onlarla bağlı daha maraqlı xəbər isə Ayselin nikahdan öncə hamilə olması ilə bağlıdır. Elə Ayselin tədbirlərdə iştirak etməməsinin səbəbi də bununla bağlıdır. Məlumatlara görə, Murad Adıgözəlov Ayselin qarşısında müğənniliyi buraxmaqla bağlı şərt də qoyub.

Qeyd edək ki, Murad Adıgözəlov məşhur Adıgözəlovlar nəslinin nümayəndəsidir. O, 1973-cü il noyabrın 20-də Bakı şəhərində anadan olub. Aysellə nikaha daxil olana qədər isə maestro ailəli olub, övladı da var.

Aynur