Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yevlax şəhər Heydər Əliyev Sarayının qarşısında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş bayram konserti təşkil olunub
“Qafqazinfo” xəbər verir ki, bayram konsertində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivləri,Şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.
Konsertdə Xalqımızın Ümumilli Lideri Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təsis edilməsindən, Dahi Öndərin Dünya Azərbaycanlılarının Həmrəyliyinə verdiyi önəmdən bəhs edilib. Həmçinin qeyd olunub ki, Azərbaycan xalqının gücü onun birliyində və həmrəyliyindədir.
Populyar müğənni Günay İbrahimlinin böyük çoşqu ilə keçirilən konsert proqramında ifa etdiyi bir-birindən maraqlı ifaları, yeni ilin personajları olan Şaxta baba və Qar qızın uşaqlarla birgə rəqs etməsi sakinlər tərəfindən böyük coşqu və sevgi ilə qarşılanıb. Konsertin sonunda möhtəşəm atəşfəşanlıq keçirilib.







Son xəbərlər
Son Xəbərlər