Həcər Pənahlı Mədət Quliyevə müraciət etdi

-hecer-penahli-medet-quliyeve-muraciet-etdi
Oxunma sayı: 677

“Media forum” saytının məlumatına görə, Həcər Pənahlı yazır: “Həyat yoldaşım Nemət Pənahlı 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. Yanvarın 12-də onun atası infarkt keçirdi. Həmin gün qayınım Səməd Pənahlı sizə müraciət edərək Nemət Pənahlıya atası ilə vidalaşmaq imkanı verilməsini istədi. Təəssüf ki, müraciətə heç bir cavab verilmədi.

Növbəti gün Nemət Pənahlının atası dünyasını dəyişdi. Sizə və 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisinə Nemət Pənahlıya atasının dəfnində iştirak icazəsi verilməsi üçün müraciət edilsə də, yenə də heç bir cavab gəlmədi.

Hazırda Nemət Pənahlının anası ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Sizdən Nemət Pənahlının anası ilə görüşünə şərait yaratmağınızı xahiş edirəm”.