İranın müdafiə nazirinə sanksiya tətbiq etdilər

iranin-mudafie-nazirine-sanksiya-tetbiq-etdiler
Oxunma sayı: 1180

Kanada hakimiyyəti İranın müdafiə naziri Məhəmməd Rza Aştianini sanksiyalar siyahısına əlavə edib. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Kanada hökumətinin saytında məlumat verilib. 

Bildirilib ki, sanksiyalar İran Silahlı Qüvvələrinin mərkəzi qərargahının komandiri Xatəm əl-Ənbiyaya, Qulam Əli Rəşidə qarşı da tətbiq edilib.

Qeyd olunub ki, İran İslam Respublikasının addımları sülh və təhlükəsizliyin pozulmasına yönəldiyi üçün yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.