“Bu, Yunanıstanın müdafiəsi üçün həlledicidir”

bu-yunanistanin-mudafiesi-ucun-helledicidir
Oxunma sayı: 1198

Yunanıstan müttəfiqlərinin tələblərinə baxmayaraq, Ukraynaya S-300 və Patriot zenit-raket sistemləri (SAM) göndərməyəcək.

“Qafqazinfo” xəbər verir ki, bunu “Skai” telekanalına müsahibəsində ölkənin Baş naziri Kiryakos Mitsotakis deyib.

O izah edib ki, bu hava hücumundan müdafiə sistemləri Yunanıstanın müdafiəsi üçün həlledicidir, ona görə də onları ötürmək niyyətində deyil.

“Bizim Ukraynanı dəstəkləmək üçün kifayət qədər vəsaitimiz var. Biz onlara yardımlar etdik və hesab edirəm ki, bu, düzgün seçimdir”, - Baş nazir əlavə edib. O, söz verib ki, Afina onları Kiyevə köçürməyə davam edəcək.