100 milyon dolları var, bir qəpik də xərcləmir

100-milyon-dollari-var-bir-qepik-de-xerclemir
Oxunma sayı: 4625

İrlandiyalı döyüşçü Konor Makqreqorla bağlı maraqlı faktlar üzə çıxıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, idmançının məşqçisi Con Kavana Konorun 100 milyon dollara sahib olmasına baxmayaraq, sadə həyat tərzi sürdüyünü bildirib. Onun sözlərinə görə, viski markası olan, lüks avtomobillərdən enməyən və brend geyimlər geyinən Makqreqor bir qəpik də xərcləmir. Bütün bunları o, reklamlardan əldə edir.

Konorun qumar kimi pis vərdişdən də uzaq olduğunu bildirən Kavana onun çox sadə evi olduğunu və bahalı restoranlarda şam etmək əvəzinə, evdə xanımının hazırladığı yeməklərə üstünlük verdiyini söyləyib.

Qeyd edək ki, “Forbes”ə görə Konor Makqreqorun sərvəti 100 milyon dollardır.