Britaniya gəmisi husilərin raketini vurub

britaniya-gemisi-husilerin-raketini-vurub
Oxunma sayı: 874

Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrinin gəmisi husilərin Yəməndən ticarət gəmisinə doğru atdığı raketi vurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “X”də Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps məlumat verib.

“HMS Diamond” ekipajı Qırmızı dənizdə və Ədən körfəzində günahsız insanların həyatını xilas etməyə davam edir. Bu, 1991-ci ildən bəri raketi vuran ilk Kral Hərbi Dəniz Qüvvələri gəmisi oldu”, - Şapps deyib.