12 nəfərə qarşı dələduzluq etdi

12-nefere-qarsi-deleduzluq-etdi
Oxunma sayı: 684

Bakıda 12 nəfərə qarşı dələduzluq edən şəxs tutulub.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, bununla bağlı Suraxanı RPİ-nin 33-cü Polis Bölməsi əməkdaşları daxil olmuş müraciətlər əsasında əməliyyat-axtarış tədbiri keçirib.

Nəticədə dələduzluq yolu ilə Bakı şəhər sakinləri olan 12 nəfərin pullarını almaqda şübhəli bilinən paytaxt sakini E.Kərimov saxlanılıb.