“18 yaşımdan tək səyahət etmişəm...” - Fotolar

“18 yaşımdan tək səyahət etmişəm...”
Oxunma sayı: 7417

Keçmiş aparıcı, hazırda bloqqerliklə məşğul olan Günel Hümbətova Fransada istirahət edir. “Qafqazinfo” xəbər verir ki, tanınmış sima ailəsi ilə birgə Parisdə tətil emtək qərarına gəlib. O, instaqram səhifəsində istirahət zamanı çəkilən maraqlı fotolarını paylaşıb. 

Günel  şəkillərinə belə şərh yazıb: “Turist olmaqdan gözəl nə var? Bütün məişət qayğılarından, gündəlik stressdən uzaq olursan ki, insana bu çox müsbət təsir göstərir. Heç olmasa ildə bir dəfə turist olmaq şansını özünüzə verin. "Pulumuz yoxdur, sən kefdən danışırsan" - tipli şərhlər yazmayın. Kiçik büdcə ilə də bir neçə günlük səyahət etmək mümkündür. 

Bilirsiz ki, hər gün milyonlarla səyahət edən insanların daha çox hissəsi kiçik büdcə ilə səyahət edənlərdir? Büdcəli səyahət etməkçün “google”da çoxlu köməkçi məlumatlar.Özünüzü ruhdan salmayın. Mən 18- yaşımdan tək səyahətlərə çıxmışam və hələ olmaq istədiyim onlarla şəhərlər, ölkələr var. Ana olduqdan sonra hələki bu mövzuda passivəm. Qızım böyüsün, bərabər səyahətlər edəcəyik”.









Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi