Hidayət Heydərov dördqat Avropa çempionu oldu

hidayet-heyderov-dordqat-avropa-cempionu-oldu
Oxunma sayı: 1992

Aprelin 26-da Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatında Hidayət Heydərov qələbə qazanaraq dördüncü dəfə Avropa çempionu olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, Heydərov (-73 kq.) Albaniya, Portuqaliya və Moldovadan olan rəqibləri üzərində qələbə qazanaraq finala yüksəlib. Final görüşündə o, Danil Lavrentevi (fərdi neytral idmançı) məğlub edərək çempion titulunu qazanıb.

Qeyd edək ki, Hidayət Heydərov bundan əvvəl 2017, 2022 və 2023-cü illərdə böyüklər arasında Avropa çempionatının qızıl medalını qazanıb.