78 ölkə arasında 1-ci yerə çıxdı - Azərbaycanlı şagirdin qızıl uğuru

78-olke-arasinda-1-ci-yere-cixdi
Oxunma sayı: 2650

Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə 78 ölkənin məktəblilərinin iştirakı ilə Tailandda keçirilən Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanıb.

Təhsil Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bununla da Ramil Babazadə 11 il bundan əvvəl qazanılan uğuru təkrar edib. Bu mötəbər elm yarışında həmçinin, Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Turan Məmmədli bürünc medala layiq görülüblər.

Günel Türksoy