Abbasın qapalı toyunun görüntüləri yayıldı - Video

abbasin-qapali-toyunun-goruntuleri-yayildi
Oxunma sayı: 3280

Əməkdar artist Abbas Bağırovun toyunun görüntüləri yayılıb. “Qafqazinfo” xəbər verir ki, sənətçinin ötən ilin dekabr ayında baş tutan məclisinin videosunu fotoqraf Cəlal Kəngərli instaqramda paylaşıb. 

Yayılan toy görüntülərində Abbas və gəlinin  hazırlıq mərhələsi, bəylə gəlinin romantik rəqsi, məşhur müğənnilərin əyləncəsi yer alıb. 

Xatırladaq ki, Abbas ikinci dəfə ailə həyatı qurub. Onun birinci nikahından qız övladı var. Müğənni ötən il 3 dəfə toy edib.  İfaçının birinci, yəni ancaq kişilərdən ibarət toyu may ayında, qız toyu isə Gəncədə reallaşıb. Sonuncu toy isə dekabrda baş tutub.  

Hər 3 məclis mətbuata qapalı keçirilib.