Adam öldürüb təslim oldu

adam-oldurub-teslim-oldu
Oxunma sayı: 1785

Sentyabrın 3-də Binəqədi rayonu ərazisindəki kafelərin birindən Saatlı rayon sakini Əflan İsgəndərovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Polis Bölməsinə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, qəsdən adam öldürməkdə şübhəli bilinən Daşkəsən rayon sakini T.İsmayılov könüllü olaraq istintaqa təslim olub.

Bununla bağlı istintaq, əməliyyat-axtarış və profilaktiki tədbirlər aparılıb. 

Qeyd edilir ki, T.İsmayılov əvvəllər də dəfələrlə məhkum olunub.