Adnan Oktar əməliyyatı davam edir

adnan-oktar-emeliyyati-davam-edir
Oxunma sayı: 1301

Türkiyədə özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktarla əlaqəsi olan şəxslərin həbsi davam edir.

“Qafqazinfo” Türkiyə KİV-lərinin  yaydığı məlumata istinadən xəbər verir ki, keçirilən əməliyyatlar nəticəsində saxlanılan şəxslərdən 116-sı İstanbul məhkəməsinin qərarı ilə həbs edilib. Onlar cinsi zorakılıq, cinsi istismar, hərbi və siyasi casusluq, çirkli pulların yuyulması, saxta sənədlərin hazırlanması, cinayətkar təşkilat yaratmaqda, yalançı şahidlik və s. maddələrlə ittiham olunurlar.

Aysel Kərimova