Ağstafada “Ata Sonevini Ziyarət” Mərasimi keçiriləcək

agstafada-ata-sonevini-ziyaret-merasimi-kecirilecek
Oxunma sayı: 706

Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı bildirir ki, “Səfər – Yurdumuza İnam və Sevgi yaratmaq üçün həyata keçirilən əməllərdən biridir. Azərbaycan, onun baş kəndi Bakı şəhəri Ocaqçılar üçün təkcə yaşadıqları Vətən deyil, Müqəddəslik ünvanıdır. Çünki burada insani-bəşəri məzmunla yüklü olan Mütləqə İnam Dünyabaxışı yaranıb. Milli-varlığımızın, xəlqi mahiyyətimizin xalqımızın həyatında bərpa Dönəmi başlayıb. Bu dönəm bəşəriyyətə yeni ruhani Düzən vəd eləyir. Biz, Mütləqə İnam Ocağı olaraq, başqa xalqların özəlliklərinə kölgə salmadan müqəddəsliyi öz Yurdumuzda yaradır və öz Vətənimizi Qiblə sayırıq. Atanın üz qoyduğu torpaq Bütöv Azərbycanın içində böyük bir ruhani Gələcəyin qurulacağı zəmindir”.

Ocağın ziyarət mərasiminə Ağstafadan, Tovuzdan, Qazaxdan insanların qatılacağı gözlənilir.