Ağsu sakinindən narkotik götürüldü - Fotolar

agsu-sakininden-narkotik-goturuldu
Oxunma sayı: 2150

Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini, 40 yaşlı Elçin Abbasov saxlanılıb.

DİN Mətbuat xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, RPŞ-nin əməkdaşları ona məxsus həyətyanı sahəyə baxış keçirərkən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu, yaşadığı evdə isə ümumi çəkisi 400 qram olan qurudulmuş marixuana aşkar ediblər.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.