Almaniyadan Türkiyəyə sürpriz - Sanksiyaları ləğv etdi

almaniyadan-turkiyeye-surpriz
Oxunma sayı: 4305

Almaniya Türkiyəyə tətbiq etdiyi iqtisadi sanksiyaları ləğv etdiyini, səyahət xəbərdarlığını isə yüngülləşdirdiyini elan edib.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, Almaniyanın İqtisadiyyat Nazirliyindən verilən açıqlamaya görə, ixracatçı alman şirkətlərinin iqtisadi zərərdən qorunmasını nəzərdə tutan "Hermes zəmanəti" çərçivəsində Türkiyəyə tətbiq edilən 1,5 milyard avroluq sanksiya aradan qaldırılır.

Bu sanksiya 2017-ci ildə aralarında insan haqları müdafiəçisi Piter Steudtner və jurnalist Dəniz Yücelin də olduğu alman vətəndaşlarının Türkiyədə həbsindən sonra tətbiq edilmişdi. Bundan sonra Almaniya Türkiyəyə səyahət edən vətəndaşlarına da xəbərdarlıq hazırlamış, Ankara ilə Avropa Birliyi arasındakı Gömrük İttifaqı görüşlərinə mane olmuşdu.