Amerika da “21 dekabr”la bağlı açıqlama verdi

amerika-da-21-dekabrla-bagli-aciqlama-verdi
Oxunma sayı: 661

FaktXeber.com-un verdiyi məlumata görə, hökumətin rəsmi internet saytından (www.usa.gov) "Dünyanın 2012-ci ildə yox olacağı ilə əlaqədar qorxunc iddialar, yalnız iddiadır" başlıqlı açıqlamasında, bildirilir ki, internetdə Maya təqviminin 21 dekabrda sona çatacağı - ki, çatmamaqdadır - və bir kometanın fəlakətə səbəb olacağı - tamamilə səhvdir - naməlum bir planetin gizli şəkildə Yerə yaxınlaşıb toqquşacağı - qəti şəkildə doğru deyil - və buna bənzər bir çox iddia yer alıb.

Bu iddiaların çoxlu sayda insanın, xüsusilə də uşaqların dəhşətə düşməsinə səbəb olduğuna işarə vuran ABŞ hökuməti, ABŞ Milli Hava və Kosmos İdarəsinin (NASA) "qiyamət" ilə əlaqədar minlərlə məktub aldığını, məktubların bəzilərinin yaxınlaşan son üzündən intihar etməyi düşünən şəxslər tərəfindən yazıldığını deyir.

ABŞ hökuməti Yerin 21 dekabrda, ya da 2012-ci il başa çatmamışdan əvvəl hər hansı bir gün yox olmayacağını vurğulayıb.

Toqquşma üçün əvvəlcə 2003-cü ilin may tarixinin irəli sürüldüyünü, bu tarixdə heç bir şey baş vermədiyi üçün 2012-ci ilin dekabr tarixinin təyin olunduğuna işarə edən hökumət, "bu tarixdə də heç bir şey olmasa, görəsən sonrakı tarix hansı olacaq", - deyə yazır.

Digər ölkələrin hökumətləri də insanların qorxularını aradan qaldırmaq üçün müxtəlif tədbirlər görürlər.

Rusiya hökuməti Yerin yaxın vaxtlarda yox olmayacağına dair elmi məlumatları özündə əks etdirən açıqlamalar səsləndirib, Fransa hökumət isə 21 dekabrda mistik bir yer olaraq sığınacaq yaradıldığına dair iddialara qarşılıq, dağlıq bölgəyə axına maneə törətməyi planlaşdırır.

Qeyd edək ki, NASA bir neçə gün əvvəl Maya təqviminə görə, Dünyanın 21 dekabrda yox olacağı ilə əlaqədar iddiaların boşluğunu göstərmək üçün internet saytında xüsusi bir bölmə hazırlayıb.

Dünyanın sonu ilə əlaqədar iddiaların mənşəyi, Maya təqvimi, planetlərin sıralanması və Nibiru planeti kimi mövzularla əlaqədar suallara cavab verən NASA, Yerin məhvinə səbəb olacaq Nibiru planeti ilə əlaqədar elmi məlumatın yoxluğuna diqqəti çəkib və "əgər bu planet həqiqət olsaydı və Yerlə toqquşacaq trayektoriya ilə hərəkət etsəydi, bunu ən azı 10 il əvvəlcədən bilərdik. Eyni zamanda, həqiqətən 21 dekabrda Yerlə toqquşsaydı, Nibirunu indidən səmada açıq gözlə görməli idik", - deyə yazır.