Amerika hərbçiləri Türkiyədə

amerika-herbcileri-turkiyede
Oxunma sayı: 635

“APA-nn türk mətbuatına istinadən verdiyi xəbərə görə, 27 ABŞ hərbçilərindən ibarət dəstə Türkiyənin Qaziantep şəhərinə gəlib. Onlar “Patriot” batareyalarının Suriya ilə sərhəddə yerləşdirilməsinə nəzarət edəcəklər.

Xatırladaq ki, NATO Şurası dekabrın 4-də Türkiyədə bu ölkənin müraciətinə cavab olaraq “Patriot” zenit-raket komplekslərinin yerləşdirilməsinə razılıq verib. Suriya bu qərarı qəti pisləyib. Türkiyənin sorğusu ölkə ərazisinə münaqişə gedən Suriyadan mərmilərin atılması ilə əsaslandırılır.