Amsterdamda benzin və dizellə işləyən avtomobillər qadağan edilir

amsterdamda-benzin-ve-dizelle-isleyen-avtomobiller-qadagan-edilir
Oxunma sayı: 2230

Amsterdam şəhər hökuməti 2030-cu ilədək benzin və dizellə işləyən avtomobil və motosikletlərdən istifadəni qadağan edir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qərarın qəbul edilməsində məqsəd ətraf mühitin çirklənməsinə qarşı mübarizə aparmaqdır. Belə ki, Niderland Amsterdam və Rotterdamdakı avtomobillərin sayına görə Avropada havası ən çox çirkli olan ölkə hesab edilir.

Benzin və dizellə işləyən maşınların yerinə, elektriklə işləyən avtomobillərdən istifadə olunacaq.

Şəhər hökuməti əvvəlcə buraxılış ili 2005-ci ilədək olan avtomobillərin 2020-ci ilədək qadağasını nəzərdə tutur.