“Anaya” serialının rejissorundan açıqlama

anaya-serialinin-rejissorundan-aciqlama
Oxunma sayı: 8285

Məşhur “Bu zalım dünyada doğulma” (Amaci) serialının Azərbaycan versiyası çəkilir. “Qafqazinfo” xəbər verir ki, “Anaya” adlanan fenomen layihə yeni sezonda Space TV-də yayımlanacaq. 

Ekran işinin anons videosu artıq təqdim olunub. Layihədə yerli Amaci obrazını xalq artisti Mehriban Zəki canlandıracaq. Serialın artıq 20-ə yaxın bölümü çəkilib. 

Məlum olub ki, xalq artisti, rejissor Vaqif Mustafayev  “Bu zalım dünyada doğulma”nı istehsal edən şirkətlə müqavilə bağlayaraq serialı alıb və Azərbaycanda çəkmək qərarına gəlib. 

Elə layihənin rejissoru da V. Mustafayevin özüdür. 

***

Serialın quruluşçu rejissoru Nicat Manafov "Qafqazinfo"ya açıqlama verib: "Serialı Space TV ilə müştərək olaraq çəkirik. Məsələnin Vaqif Mustafayevə heç bir aidiyyatı yoxdur.  Serialın quruluşçu rejissoru mənəm. Vəziyyət belədir ki, ssenarini 3 nəfər yazır, onlardan biri mənəm. İstehsalçı Space kanalıdır. Amma "Amaci" ilə "Anaya" fərqlidir, sadəcə olaraq motiv eynidir. Vaqif müəllim Hindistan istehsalı olan serialı almayıb, belə bir şey yoxdur".