“Apple” 10 milyard dollar ziyana düşə bilər

apple-10-milyard-dollar-ziyana-duse-biler
Oxunma sayı: 1342

“Barclays” şirkətinin analitiklərinin məlumatlarına əsasən köhnə “iPhone” modellərinin zəiflədilməsi ilə bağlı qalmaqal 2018-ci ildə satışların kəskin şəkildə aşağı düşməsinə səbəb ola bilər.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, mütəxəssislər bu məsələnin ortaya çıxmayacağı halda şirkətin nə qədər smartfon sata biləcəyini hesablayıblar.

Qeyd edək ki, bir neçə müddət bundan öncə “Apple” batareyaların sıradan çıxmasının qaşısını almaq üçün köhnə model “iPhone” cihazlarını zəiflətdiyini etiraf etmişdi. Şirkət 1 il ərzində köhnə model “iPhone” cihazlarının bateryalarının 29 dollara dəyişilməsinə razı olmuşdu.

Analitiklərin hesablamalarına əsasən batareya dəyişilməsinə 77% smartfon namizəd ola bilər. Həmin 77% istifadəçidən çoxu isə özlərinə yeni model ala bilərdilər. Beləliklə, əgər gələn il 30% istifadəçi öz modellərini yeniləməkdən imtina etsələr, “Apple”da 16 milyon satılmamış “iPhone” cihazı qalacaq. Pul göstəricisi ilə desək, köhnə “iPhone” cihazlarının zəiflədilməsi şirkətə 10 milyard dollara başa gələcək.

Hazırda bu problem “iPhone 6”, “iPhone 6 Plus”, “iPhone 6s”, “iPhone 6s Plus”, “iPhone SE”, “iPhone 7” və “iPhone 7 Plus” modellərini əhatə edir.