“Arxadan vurulan zərbə”yə dözməyən Nağılbaz... - Video

arxadan-vurulan-zerbeye-dozmeyen-nagilbaz
Oxunma sayı: 14252

Xəbər verdiyimiz ki, dünən Azərbaycan rep məktəbinin yaradıcılarından biri olan Anar Nağılbaz qəflətən dünyasını dəyişib.

Bu hadisə mətbuatda və sosial şəbəkələrdə böyük təəssüf hissi ilə qarşılanıb. İnsanlar reperin ölümündə onun bir neçə ay əvvəl yaşadığı qalmaqalları və bunun nəticəsində aldığı stressi səbəb göstəriblər.

Elə Anarın anası da ilkin açıqlamasında oğlunun yaşadığı stressə dözmədiyini bildirib.

Səhhətində ciddi problemlər olmasına baxmayaraq, aylar öncə şəxsi həyatı ilə gündəmə gələn Nağılbazın bu qədər ictimai təzyiqlərə dözmədiyi və həyatını məhz bu səbəbdən itirdiyi sosial şəbəkə istifaçilərinin vurğuladığı əsas məqamlardan biridir.

Video: Nuran Məmmədov