10 mindən çox gənc Prezidenti təbrik etdi - Gəncədən sülh mesajı+Video

10-minden-cox-genc-prezidenti-tebrik-etdi
Oxunma sayı: 286

Gəncədə Prezident İlham Əliyevin 64 yaşının tamam olması münasibətilə “Dəmir yumruq və Sülh” adlı fləşmob keçirilib.

“Qafqazinfo” xəbər verir ki, şəhərin Heydər Əliyev Meydanında təşkil olunan aksiyada 10 mindən çox tələbə gənc iştirak edib.

Məqsəd Azərbaycanın güc, birlik və qətiyyət rəmzi olan “Dəmir yumruq” ideyasının dünyaya sülh, sabitlik və əməkdaşlıq mesajı ilə vəhdətdə təqdim olunmasını nümayiş etdirmək olub.

Qeyd edək ki, fləşmob vasitəsilə ölkəmizin sülhpərvər siyasəti, güclü dövlət mövqeyi və beynəlxalq sülh təşəbbüslərinə verdiyi töhfə simvolik formada ictimaiyyətə çatdırılıb.

Yunis Quliyev