İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Arsenal” - “Kristal Pelas” matçı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “Emireyts” stadionunda baş tutan qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
Maksans Lakrua görüşün 80-ci dəqiqəsində avtoqola imza ataraq, “topçular”ı hesabda önə çıxarıb. 90+5-ci dəqiqədə isə Mark Qehi hesaba tarazlıq gətirib.
Qalibin adına penalti seriyasında aydınlıq gəlib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən (8:7) "Arsenal" futbolçuları növbəti mərhələyə adlayıblar.
Qeyd edək ki, yarımfinalda “Mançester Siti” “Nyukasl” ilə, “Çelsi” isə “Arsenal”la qarşılaşacaq.
Son xəbərlər
Son Xəbərlər