İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə mühüm hərbi planları müzakirə etməyə hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Əl-Əxbar” nəşri yayıb.
İddiaya görə, Netanyahu Trampdan Livanın cənubunda “Hizbullah” qruplaşmasına qarşı genişmiqyaslı hərbi əməliyyata başlamaq üçün “yaşıl işıq” yandırmasını istəyəcək.
Xatırladaq ki, Netanyahu daha əvvəl bəyan etmişdi ki, İsrail dövlətinə qarşı İran tərəfindən atılan hər bir addım ən sərt şəkildə cavablandırılacaq.
Son xəbərlər
Son Xəbərlər