Astana Nur-Sultan oldu

astana-nur-sultan-oldu
Oxunma sayı: 3678

Qazaxıstanın paytaxtı Astananın adı dəyişdirilərək Nur-Sultan  olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, paytaxt ölkənin birinci prezidenti Nursultan Nazarbayevin şərəfinə belə adlandırılıb. Yeni ölkə rəhbəri Qasım-Jomart Tokayev artıq bununla bağlı konstitusiyaya düzəlişlər edilməsi haqda sərəncam imzalayıb.

Qeyd edək ki, Astananın Nur-Sultan adlandırılmasını təklif edən də hazırkı prezident olub.