“Astananın adını dəyişib Nursultan qoyaq!” - Yeni prezident

astananin-adini-deyisib-nursultan-qoyaq
Oxunma sayı: 3531

Qazaxıstanın yeni prezidenti Kasım-Jomart Tokayev Astana şəhərinin adının dəyişdirilməsini təklif edib. 

“Qafqazinfo” xəbər verir ki, o, şəhərin yeni adının Nursultan qoyulmasını istədiyini dilə gətirib. Yeni dövlət başçısı qeyd edib ki, ölkənin paytaxtı Nursultan Nazarbayevin adını daşımalıdır.  

Tokayev həmçinin, hesab edir ki, Qazaxıstanın mərkəzi vilayətlərinin mərkəzi küçələri belə ilk prezidentin şərəfinə adlandırılmalıdır. 

Qazaxıstan Parlamenti paytaxtın adının dəyişdirilməsi ilə bağlı qanun layihəsinə baxıb və konstitusiyaya dəyişiklik edilməsi məsələsini qəbul edib. 

Xatırladaq ki, 79 yaşlı N. Nazarbayev dünən istefa verib. Bu gün səhər isə onun səlahiyyətləri Parlament Senatının sədri Tokayevə verilib. Artıq yeni prezidentin andiçmə mərasimi də baş tutub.